ƏMDK-nın sədri Şamaxıda vətəndaşları qəbul edəcək

ƏMDK-nın sədri Şamaxıda vətəndaşları qəbul edəcək
14:47 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov yanvarın 29-da Şamaxı şəhərində vətəndaş qəbulu keçirəcək.
“Report” Komitəyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində olacaq.
Qəbulda Şamaxı rayonu ilə yanaşı Ağsu, Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşlar Komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn rejimdə office@emdk.gov.az elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105),
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi: (020) 265-01-07, (020) 245-01-02;

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emdk-nin-sedri-samaxida-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR