Bakıda növbəti "CEO Lunch" toplantısı keçirilib

Bakıda növbəti "CEO Lunch" toplantısı keçirilib
16:22 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün “Caspian European Club” Bakıda 10-cu “CEO Lunch Baku” keçirib. “Report”un “Caspian European Club”a istinadən verdiyi xəbərə görə, “CEO Lunch”da fəxri qonaq qismində Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov iştirak edib.
Ş.Bağırovun sözlərinə görə, bu gün DGK ilə Klub arasında sıx əməkdaşlıq əlaqələri qurulub ki, bu da ölkə iqtisadiyyatının inkişafına töhfə verir: “Dövlət Gömrük Komitəsinin fəaliyyət prioritetlərindən biri də Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq və göstərilən dəstəkdir”.
Ş.Bağırov qonaqlara həmçinin Komitənin həyata keçirdiyi layihələrdən və gələcək planlarından danışıb.
“Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli öz növbəsində fəal iştiraka və səmərəli müzakirələrə görə tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib və “CEO Lunch Baku”nun dövlət qurumları ilə özəl sektor arasında dialqoun nizamlanmasında aparıcı rol oynadığını, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni iş əlaqələrinin qurulması üçün əlavə imkanlar yaratdığını qeyd edib.
M.Abbasbəylinin sözlərinə görə, bu il aprelin 12-də 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”i keçiriləcək. “Caspian Energy Forum Tbilisi”nin açılış mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Gürcüstan hökumətinin iqtisadi blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı “Caspian Energy Georgia” şirkətidir.
“CEO Lunch Baku”da sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb. Tədbirdə 80-ə yaxın biznesmen iştirak edib.
“Caspian European Club”a daxil olan və buradakı iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-novbeti-ceo-lunch-toplantisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR