Məşhur müğənni jurnalisti qovdu – VİDEO

Məşhur müğənni jurnalisti qovdu – VİDEO
16:48 17 Yanvar 2018
326 Şou
Ölkə mətbuatı
A- A+

Hande Yener mühafizəçilərin köməyi ilə jurnalisti qovub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hande Yener dünən İzmirdə baş tutan geyim mağazasının açılışında iştirak edib. O, səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlər arasında “Duymayan Kalmasın” verilişinin müxbiri Səlcuq İncini məlum olmayan səbəblərdən dolayı kənarlaşdırmaq istəyib. Yenerin “Lütfən bu yoldaşı aparın” deməsi ilə mühafizə xidməti müğənnidən müsahibə almaq üçün İstanbuldan İzmirə qədər gələn Səlcuq İncini məkandan çıxarıb.

Daha sonra isə Hande “Söhbətimiz çayxanaya çevrildi. Səbəbini bilirəm, lakin önəmli deyil. Suallardan narahat olmadım, onların burada varlığı məni narahat etdi. Dostumuz müsahibəmi heç etdi. Onun kimin adamı olduğunu gözəl bilirəm, həmin kanalla əməkdaşlıq etmirəm. Qadağan olunmuş müxbirlər mənim olduğum yerə girməsinlər” deyə bildirib.

Məlum olub ki, Səlcuq İnci sənətçinin qalmaqal yaşadığı Seren Serengilin aparıcılıq etdiyi verilişinin və Star TV-nin jurnalistidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/228038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR