Kataloniya parlamentinin sədri vəzifəsinə müstəqilliyin tərəfdarı olan Roje Turren seçilib

Kataloniya parlamentinin sədri vəzifəsinə müstəqilliyin tərəfdarı olan Roje Turren seçilib
17:02 17 Yanvar 2018
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Vilayətinin parlamentinin yeni sədri vəzifəsinə Solçu Respublika Partiyasından olan deputat Roje Turren seçilib.
"Report" İspaniyanın "El Mundo" qəzetinə istinadən xəbər verir ki, R.Turrenin lehinə 65, onun ispanmeyilli "Vətəndaşlar" partiyasından olan rəqibi Xose Mariya Espexo-Saavedranın lehinə isə 56 deputat səs verib.
Səsvermədə hazırda həbsdə olan katalon siyasətçilər də iştirak ediblər. Onlar səs hüquqlarını iclasda iştirak edən parlamentarilərə ötürüblər.
Bu gün Kataloniyada yeni çağırış parlamentin işinə start verilib. İlk iclasa ənənəvi olaraq ən yaşlı deputat Ernest Maragay rəhbərlik edir.
Qeyd edək ki, Kataloniya parlamentinin əvvəlki tərkibi 2017-ci il oktyabrın 27-də Kataloniyanın İspaniyadan ayrılması cəhdindən sonra buraxılmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kataloniya-parlamentinin-sedri-vezifesine-musteqilliyin-terefdari-olan-roje-turren-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR