"İtin qabağına atsan, yeməzdi"

Modelyer Gülşah Saraçoğlunun müğənni Bülent Ersoyun zinət əşyaları ilə bağlı dediyi “hamısı saxtadır” sözləri qarşı tərəfi qəzəbləndirib.


Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, verilişlərdən birinə zəng edən Ersoy Saraçoğluna od püskürüb:

“Bu xanımdan soruşmaq istəyirəm, özü daş-qaş ustasıdır? Kilometrlərlə məsafədən onların saxta olub-olmadığını necə bilir? Taxdıqlarım brilyantdır, əzizim, sən kimsən ki, mənim zinət əşyalarımı dəyərləndirirsən? Sənə bir-iki paltar tikdirdim, nə astarı bəlli oldu, nə üzü. Sən əvvəlcə başqalarını geyindirə bilməyi öyrən. Mən olmasaydım, sənin o paltarlarını itin qabağına atsaydın, yeməzdi. Özünü bir şey zənn edirsən. Nur Yerlitaşın mənə paltarlar tikməsini həzm edə bilmədin?”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR