Bakı şəhidlərini anmağa hazırlaşır

Bakı şəhidlərini anmağa hazırlaşır
17:27 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında görülən hazırlıq işləri yekunlaşmaq üzrədir.
"Report" xəbər verir ki, hazırlıq işləri 3 gün əvvəl başlayıb və sabah yekunlaşdırılması planlaşdırılır.
Xiyabanda işləyən şəxslərin dediyinə görə, bu il Şəhidlər Xiyabanında istifadə olunan qərənfillərin sayı ötən illərdən daha çoxdur.
Artıq insanlar Şəhidlər Xiyabanını ziyarət etməyə başlayıblar. Onlarda arasında müəllimlər, gənclər, orta məktəb şagirdləri də vardı. Onlar şəhidlərin qəbirlərini ziyarət edir, məzarları üzərinə qərənfillər qoyur, şəhidlərə aid şeirlər deyirdilər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün xiyabanda olub, hazırlıq işlərinin gedişatı ilə maraqlanıb. 
O, ərazidə olan işçilərə müvafiq tapşırıqlar verib. 
Qeyd edək ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.
Foto: Firi Salim




























Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/baki-sehidlerini-anmaga-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR