Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi vəzifəsi ləğv edilib.

Bu, Prezident Administrasiyasının bu gün yenilənən strukturunda əksini tapıb.

Prezident Administrasiyasının 31 may 2017-ci ildə təsdiqlənmiş yeni strukturunda Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yer alıb və bu vəzifəyə indiyə qədər təyinat olmayıb.

Bu gün isə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi Prezident Administrasiyasının strukturundan çıxarılıb, bu vəzifə Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsi kimi verilib.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Etibar Nəcəfov təyin edilib.//APA

Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR