Üçmərhələli müharibə PLANI, ən güclü zərbənin TARİXİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Üçmərhələli müharibə PLANI, ən güclü zərbənin TARİXİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 17 Yanvar 2018
154 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində PYD terrorçularına ilk zərbələri endirib. Türkiyə Silahlı qüvvələrinin “Fərat Qalxanı” əməliyyatından sonra Suriyada həyata keçirəcəyi ikinci əməliyyatın detalları məlum olub. ABŞ bu il ərzində səfirliyini Qüdsə köçürəcək. ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaları yanvarın 29-da elan ediləcək. Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətləri növbəti danışıqlar keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını şərh edib.

H.Hacıyevin sözlərinə görə, BMT Baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş formada qalmasına bəraət qazandırıla bilməz.

XİN: Quterreşin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çağırışını dəstəkləyirik

Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər. Bunu Beynəlxalq Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində qeyd edib.

Qarabağ münaqişəsi regional fəlakətə çevrilə bilər - Beynəlxalq Böhran Qrupu

Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına “reaksiya ölçmə atəşi” açıb. Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.

Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.

Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.

Ərdoğan anonsunu verdiyi MÜHARİBƏ BAŞLADI - İlk zərbədə 30 ölü

Türkiyə Silahlı qüvvələrinin “Fərat Qalxanı” əməliyyatından sonra Suriyada həyata keçirəcəyi ikinci əməliyyatın detalları məlum olub. Türkiyənin “Sabah” qəzeti xəbər verir ki, “Mehmetcik” üç mərhələdən ibarət əməliyyat planı çərçivəsində PYD terrorçularını məhv edəcək.

Məlumata görə, Türkiyə Silahlı qüvvələrinin Baş qərargahında qurulan xüsusi qrup Suriyadakı hərbi əməliyyatın strategiyasını tamamlayıb. “İsti plan” adlandırılan hərbi strategiyanın detalları aşağıdakılardır.

Havadan enərək öldürücü zərbə VURACAQLAR - Üçmərhələli “İSTİ PLAN”

Türkiyə Silahlı qüvvələri Afrin şəhərindən sonra Tel Abyad bölgəsinin PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlaya bilər. Məqsəd ABŞ-ın Suriyanın şimalında həyata keçirmək istədiyi “sərhəd ordusu” layihəsini məhv etməkdir.

Tel Abyad ABŞ-ın çatdırdığı ağır silahların toplandığı, həmçinin bir neçə bazanın olduğu ərazidir. Tel Abyadın PYD-dən təmizlənməsi ilə “terror dəhlizi”nə ağır zərbə vurulacaq və terror təşkilatının Ayn əl-Arab-Kamışlı bağlantısı kəsiləcək. PYD həyata keçiriləcək əməliyyatla həm şərq, həm də qərbdən sıxışdırılacaq. Ekspertlər də hesab edir ki, Türkiyə Afrin əməliyyatı ilə kifayətlənməməli, növbəti hədəflər Münbic, Tel Rifat və Tel Abyad olmalıdır.

Ankara ABŞ-ın planını DARMADAĞIN EDƏCƏK - Növbəti hədəf ORADIR - VİDEO

“Türkiyənin cənubunda bir terror dəhlizinin yaradılması 4 ölkənin – Türkiyə, İran, İraq və Suriyanın intiharı deməkdir”. Bunu “Yeni Şəfəq” nəşrinin internet saytında yayımlanan “Sosial şərh” proqramında siyasi şərhçi İbrahim Karagül deyib.

“Bu, dörd ölkənin intiharı olacaq” - ŞOK PROQNOZ

ABŞ-ın Suriyada quracağı 30 min nəfərlik hərbi güc bölgədə gərginliyi artıracaq və müharibəni körükləyəcək. Belə xəbərdarlıqla İran prezidenti Həsən Ruhani çıxış edib.

“ABŞ-ın Suriya ilə bağlı yeni planı beynəlxalq qanunlara ziddir və Suriyanın müstəqilliyi ilə ərazi bütövlüyünə təhdid yaradır”, - dövlət başçısı deyib.

Xatırladaq ki, analoji bəyanatla yanvarın 16-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi çıxış edib. ABŞ-ın Suriyada quracağı 30 min nəfərlik ordunun regionda gərginliyi artıracağını deyən Qasımi ABŞ-ın Suriyanı tərk etməli olduğunu bildirıb.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan edib. Onun əsasını PYD terror təşkilatı təşkil edəcək. Sərhəd ordusu Suriyanın Türkiyə və İraqla olan sərhədlərini mühafizə edəcək.

ABŞ bu il ərzində səfirliyini Qüdsə köçürəcək. Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərar vermişdi. Bundan sonra açıqlama yayan ABŞ Dövlət Departamenti səfirliyin köçürülməsinin 3 il çəkəcəyini bildirmişdi.

Vaşinqton Fələstin qaçqınlarına yardım edən BMT-nin Yaxın Şərq Agentliyinə etdiyi ödənişləri azaltmaq haqqında qərar qəbul edib. ABŞ-ın yardımlarının 125 milyon dollardan 60 milyona qədər endirildiyi bildirilir.

Bu məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert də təsdiqləyib. Onun sözlərinə görə, bu vəsait muxtariyyətin saxlanılması üçün yetərli olacaq. O, ABŞ-ın Fələstin üçün yeganə böyük donor olmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Fələstin bundan öncə İsraili müstəqil dövlət kimi tanımadığını bəyan edib.

ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaları yanvarın 29-da elan ediləcək. Bu haqda ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman bildirib.

Neçə nəfərin ABŞ-ın yeni sanksiyalarına məruz qalacağına gəlincə, səfir dəqiq cavab verməyib. O əlavə edib ki, yeni sanksiyaların Rusiya-ABŞ münasibətlərinə təsir edəcəyi şübhə doğurmur.

Böyük Britaniya Avropa Birliyinin üzvü olaraq qalmalıdır. Bunu Avropa Parlamentində çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.

“Mən Britaniyanın AB-dən ayrılmasını fəlakət sayıram. Biz istəyirik ki, onlar qalsınlar. Əgər onlar bunu istəsələr, o zaman yeni imkan verilməlidir”, – deyə o bildirib.

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətləri növbəti danışıqlar başlayıb. Danışıqlarda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında KXDR idmançılarının iştirakı imkanları və detalları müzakirə ediləcək. Danışıqlar silahsızlaşdırılmış zonada yerləşən Pxanmundjom məntəqəsində keçirilib.

Qeyd edək ki, KXDR-in olimpiadada iştirakı haqqında prinsipial razılıq yanvarın 9-da əldə edilib.

Şimali və Cənubi Koreya Qış Olimpiya Oyunlarında eyni bayraqla təmsil olunmaq barədə razılıq əldə edib. Ölkələrin hansı bayraqla mötəbər yarışda təmsil olunacağı bildirilməyib.

ABŞ-ın Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində (2018-ci ildə fevralın 9-dan 25-dək keçiriləcək - red.) Koreya Xalq Demokratik Respublikasının lideri Kimdə Çen Ina təzyiqı artıracaq və onun barəsində “yavaş-yavaş boğulma” siyasətini tətbiq edəcək. Bunu hərbi ekspert Oleq Jdanov “Apostrof” nəşrinə bildirib.

Ekspert ABŞ-ın dövlət katibi Reks Tillersonun dünən verdiyi bəyanatı xatırladıb.

Trampın Kim Çen Inla bağlı planı MƏLUM OLDU

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/228053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR