Yarım il ərzində Kiyevə hücum başlana bilər - Moskva XƏBƏRDARLIQ ETMİŞDİ - FOTO

Yarım il ərzində Kiyevə hücum başlana bilər - Moskva XƏBƏRDARLIQ ETMİŞDİ - FOTO
20:28 17 Yanvar 2018
82 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ “Javelin” tank əleyhinə raket komplekslərini yarım il ərzində Kiyevə verə bilər”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Viktor Mujenko bildirib.

“Onlar müxtəlif müddətləri bildirirlər, iki aydan beş aya qədər”, - o deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ötən ay Ukraynaya letal silahların, həmçinin “Javelin” tank əleyhinə raketlərin verilməsini bəyənib. Söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir.

Daha əvvəl Dövlət Departamenti “Barrett M107A1” böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir.

Rəsmi Moskva ABŞ-ın Ukraynaya silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini və münaqişənin eskalasiyasına gətirib çıxaracağını dəfələrlə bəyan edib.

Kiyevə hücum başlanacaq! – ABŞ müharibənin FİTİLİNİ YANDIRDI

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR