Dövlət büdcəsindən maliyyələşdirilən sahələrin işçilərinin maaşları artırılıb

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrin işçilərinin maaşları artırılıb
23:57 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına dəyişikliklər edilib.
“Report” xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin “Aylıq tarif (vəzifə) maaşı (manatla)” sütununda “116”, “121”, “126” və “132” rəqəmləri müvafiq olaraq “130”, “132”, “134” və “136” rəqəmləri ilə əvəz edilib. Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dovlet-budcesinden-maliyyelesdirilen-sahelerin-iscilerinin-maaslari-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR