Bakıda 21 yaşlı oğlan bıçaqlandı

Bakıda 21 yaşlı oğlan bıçaqlandı
00:04 18 Yanvar 2018
71 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan bıçaqlanıb.

 

APA-nın məlumatına görə, hadisə metronun "Əcəmi" stansiyasının yaxınlığında qeydə alınıb.

 

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Əliyev Ziyadxan İbrahim oğlu bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat olunan gəncin vəziyyəti ağır olaraq qalır.

 

Məlumata görə, 21 yaşlı Z.Əliyev tanımadığı bir şəxslə qız üstündə mübahisə edib və bıçaq xəsarətləri alıb.

 

Faktla bağlı Nəsimi RPİ-də istintaq araşdırmaları aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR