Dövlət büdcəsindən maliyyələşdirilən sahələrin işçilərinin maaşları artırıldı

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrin işçilərinin maaşları artırıldı
00:08 18 Yanvar 2018
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.

"Report" xəbər verir ki, bu, baş nazir Artur Rasizadənin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qərara əsasən “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin “Aylıq tarif (vəzifə) maaşı (manatla)” sütununda “116”, “121”, “126” və “132” rəqəmləri müvafiq olaraq “130”, “132”, “134” və “136” rəqəmləri ilə əvəz edilməklə müvafiq olaraq 14, 9, 8 və 4 manat artırılıb.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/228081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR