Ağcabədidə kabel oğrusu tutulub

Ağcabədidə kabel oğrusu tutulub
00:32 18 Yanvar 2018
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 18 yanvar. REPORT.AZ/ Ağcabədi rayonunda kabel oğurluğu ilə məşğul olan şəxs tutulub.
Ağcabədi Rayon Polis Şöbəsindən (RPŞ) “Report”un Qarabağ bürosuna verilən məlumata görə, şəhər icra nümayəndəliyi tərəfindən mərkəzi prospekt və küçələrinin işıqlandırılması üçün istifadə olunan 500 metrlik elektrik kabelinin naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verilib.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakini İbrahim Hüseynov saxlanılıb. İ.Hüseynov ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib. O, oğurladığı kabeli əridərək metal qəbulu məntəqəsinə satdığını bildiib.
Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-kabel-ogrusu-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR