Netanyahu: ABŞ öz səfirliyini bu ilin sonunadək Qüdsə köçürəcək

Netanyahu: ABŞ öz səfirliyini bu ilin sonunadək Qüdsə köçürəcək
01:17 18 Yanvar 2018
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, ABŞ öz səfirliyini bu ilin sonunadək Qüdsə köçürəcək.
“Report” xəbər verir ki, bu barədə “Qazeta.ru” “CNN” istinadən məlumat yayıb
İsrailli baş nazir Hindistanda səfərdə olarkən bu bəyanatı səsləndirib.
Bir müddət əvvəl ABŞ dövlət katibi Reks Tillerson səfirlik üçün yeni yerə dair razılaşmanın əldə olunması, binanın inşa planın hazırlanması, lazimi sənədlərin alınması və nəhayət binanın inşasının bir ildən çox vaxt tələb etdiyi bildirib.
B. Netanyaxunun proqnozu özünü doğrultsa, ABŞ Qüdsdə mövcud iki konsul tikilidən istifadə edəcək. Onlardan birinin səfirlik binası olacağı gözlənilir.
Həmçnin o bildirib ki, ABŞ-dan savayı daha bir neçə ölkə öz səfirliklərini Qüdsə köçürmək niyyətindədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/netanyahu-abs-oz-sefirliyini-bu-ilin-sonunadek-qudse-kocurecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR