Pentaqon Suriyada "sərhəd qüvvələri"nin yaradılması ilə məşğul olmadığını bəyan edib

Pentaqon Suriyada "sərhəd qüvvələri"nin yaradılması ilə məşğul olmadığını bəyan edib
03:47 18 Yanvar 2018
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Suriyada yerli birləşmələrin hazırlığını davam etdirir, lakin söhbət "sərhəd qüvvələri" və ya yeni ordunun yaradılmasından getmir.
"Report" TASS-a istinadən məlumat verir ki, bu barədə Pentaqonun rəsmi saytı xəbər verib.
Pentaqonda qeyd ediblər ki, İŞİD-in məhv edilməsinə dair hərbi kampaniya sona çatmayıb. Yerli birləşmələr terrorçulardan azad edilən rayonlarda vəziyyətin sabitləşməsinə xidmət edir.
ABŞ-ın Müdafiə Nazirliyi həmçinin bildirib ki, Türkiyəni Suriyada İŞİD-in darmadağın edilməsi ilə bağlı hərəkətləri barədə məlumatlandırmaqda davam edir. Ankaranın Suriya-Türkiyə sərhədindəki narahatlığı başadüşüləndir. Vaşinqton özünün NATO-dakı müttəfiqini terrorçuluqla mübarizədə dəstəkləməkdə davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pentaqon-suriyada-serhed-quvveleri-nin-yaradilmasi-ile-mesgul-olmadigini-beyan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR