Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub

Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub
04:17 18 Yanvar 2018
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Rumıniya prezidenti Klaus İohannis Avropa Parlamentinin üzvü, iqtidardakı Sosial Demokrat Partiyasından namizəd Viorica Dancilanı ölkənin baş naziri təyin edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı Dancila son 7 ay ərzində ölkənin 3-cü baş naziri olub.
Ölkə prezidenti parlamentdən Dancilanın təyinatını qısa müddət ərzində, fevralın 1-ə qədər təsdiqlənməsini tələb edib. Viorica Dancila Rumıniyanın ilk qadın baş naziridir. 
Qeyd edək ki, Rumıniyanın baş naziri Mixay Tudose vəzifəsindən istefa verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ruminiya-tarixinde-ilk-defe-qadin-bas-nazir-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR