İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma: ölən və yaralananlar var

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma: ölən və yaralananlar var
04:54 18 Yanvar 2018
38 Digər
Ölkə mətbuatı
A- A+

İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib.

 

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hərbçilər ötən həftə Cənin şəhərində öldürülən ravvin Raziel Şevaxın qətlində şübhəli bilinən fələstinlini güllələyiblər.

 

 

Qarşıdurma nəticəsində həmçinin 2 İsrail hərbçisi və 1 fələstinli yaralanıb.

 

 

“The Times of Israel” qəzetinin məlumatına əsasən, ölən fələstinli 2002-ci ildə İsrail hərbçiləri tərəfindən öldürülən HƏMAS qruplaşmasının liderlərindən biri Nəsir Cərarın oğlu Əhməd Cərardır. Məlumata görə, bölgədə İsrail ordusunun əməliyyatı davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR