Bakıda maşın dərəyə aşdı, sürücü yaralandı

Bakıda maşın dərəyə aşdı, sürücü yaralandı
06:14 18 Yanvar 2018
123 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqqliyyat hadisəsi olub.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə Günəşli qəsəbəsində baş verib.

 

1990-cı il təvəllüdlü Əhmədov Nicat Kərim oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobillə yüksək sürətlə hərəkət edən zaman maşın idaəetmədən çıxıb. Nəticədə avtomobil yuvarlanaraq dərəyə aşıb. Qəza zamanı sürücü N.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR