Moskvada bazarda güclü yanğın

Moskvada bazarda güclü yanğın
06:29 18 Yanvar 2018
113 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada, “Sadovod” ticarət kompleksinin ərazisində güclü yanğın baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsinə 100 yanğınsöndürən və 30 texnika cəlb olunub.

 

Bazarın 1-ci mərtəbəsində başlayan yanğın 300 kvadratmetr ərazini əhatə edib.

 

Yanğın zamanı 40 nəfər təxliyə olunub. Hazırda yanğın söndürülüb, tələfat yoxdur. İnsidentin səbəbləri barədə hələ ki, məlumat verilmir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR