Dünyanın ən sürətli oyunçularından biri "Everton"da

Dünyanın ən sürətli oyunçularından biri "Everton"da
06:43 18 Yanvar 2018
141 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin “Everton” klubu növbəti transferini rəsmiləşdirib.

Publika.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Arsenal”ın hücumçusu Teo Uolkotu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Everton” 28 yaşlı hücumçunun keçidinə görə 20 milyon funt-sterlinq xərcə düşüb. 3,5 illik müqaviləyə imza atan futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Dünyanın ən sürətli oyunçularından sayılan Uolkott “Arsenal”a 2006-cı ildə yetirməsi olduğu “Sauthempton” klubundan transfer edilmişdi. O, London təmsilçisinin heyətində 397 matça çıxıb, 108 qola atıb.

Xatırladaq ki, “Everton” bu qış transfer pəncərəsi dövründə daha öncə Türkiyə yığmasının və “Beşiktaş”ın hücumçusu Cenk Tosunu 27 milyon funt-sterlinqə transfer etmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR