Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp tərəfindən düşünülən "Ən yaxşı saxta xəbər müəllifi mükafatı"nın qaliblərinin siyahısı dərc olunub.
"Report" xəbər verir ki, siyahı "FOX News" telekanlında dərc edilib.
Siyahıda ilk sırada "olan The New York Times" qəzetinin jurnalisti, iqtisadiyyatı üzrə Nobel mükafatı laureatı, fond bazarlarının Trampın hakimiyyətə gəlməsindən sonra heç vaxt özünə gələ bilməyəcəyini bəyan edən Pol Kruqman yer alıb.
İkinci pillədə "ABC News" və CNN-in xəbərləridir.
CNN telekanalı siyahıda ümumilikdə ən çox - dörd dəfə qeyd olunub.