"WhatsApp"-da yeni fırıldaq yayılıb

Dünyanın ən populyar messenceri olan WhatsApp-da istifadəçilərə "ödəniş" mesajları gəlməyə başlayıb.

Milli.Az Malwarebytes-a istinadən bildirir ki, mesajda yazılıb: "Sizin WhatsApp-dan istifadə müddətiniz başa çatıb. Akkauntunuzu aktivləşdirmək və sonsuz abunəlik əldə etmək istəyirsinizsə, 1 dollar ödəməlisiniz. Ödəniş üçün bu linkə keçin".


1 milyarddan çox istifadəçisi olan WhatsApp xüsusi açıqlama yayaraq bu mesajın saxtakarlıq olduğunu, messecerdən istifadə üçün hər hansı "abunə haqqı"nın mövcud olmadığını bəyan edib.

Mütəxəssislər isə saxtakarların mesajı alınan kimi həmin mesajı silməyi və mobil telefonda antivirus proqramını işə salmağı məsləhət bilirlər.

Bundan başqa, mesajda göstərilmiş linkə keçid mobil telefonu virusa yoluxdura bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR