Azərbaycan son 10 ildə Avropa futbolunda ən böyük sıçrayışa nail olan 3 ölkədən biridir

Azərbaycan son 10 ildə Avropa futbolunda ən böyük sıçrayışa nail olan 3 ölkədən biridir
11:02 18 Yanvar 2018
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının UEFA reytinqində hərəkət cədvəli açıqlanıb. 
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən böyük sıçrayışa nail olanlar "üçlüy"ündə Azərbaycan Premyer Liqası da yer alıb. 2008-ci ildə Premyer Liqa 42-ci sırada yer alırdısa artıq 16 pillə irəliləyərək 26-cı sıraya yüksəlib.
Azərbaycan kimi Qazaxıstan da 16 pilləlik yüksəlişə nail olub. Ən yaxşı nəticəni isə 21 pillə irəliləyən Belarus göstərib. Belə irəliləyişlər hər 3 ölkə komandalarının Avropa kuboklarındakı uğurlu çıxışları ilə əlaqədardır.  
Ən böyük tənəzzülə isə 33-cü yerdən 48-ci sırada enən Litva çempionatı uğrayıb. Halbuki, bu ölkə 2009-cu ildə hətta 29-cu pillədə idi. Habelə, 10-cu pillədən 23-cü mövqeyə enən Şotlandiya da ciddi geriləmə ilə üzləşib. Səbəb kimi ölkənin ən titullu klubu "Reyncers"in 2012-ci ildə müflis olaraq, aşağı liqaya enişi göstərilir.    
İlk "beşlik"də İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa qərarlaşıb. Halbuki 10 il əvvəl Almaniya Bundesliqası 5-cı, İngiltərə Premyer Liqası isə lider idi. 
Qeyd edək ki, reytinq siyahısı son 5 mövsümdə ölkələrin klublarının avrokubokdakı çıxışına əsasən tərtib olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-son-10-ilde-avropa-futbolunda-en-boyuk-sicrayisa-nail-olan-3-olkeden-biridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR