Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb

Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb
11:07 18 Yanvar 2018
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov "İkarus" markalı avtobusun yandığını bildirib.
Onun sözlərinə görə, avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub və onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə diri-diri yanıb.
Hazırda avtobusdan çıxmağı bacaran 5 nəfərə tibbi yardım göstərilir.
Aktyubinsk vilayətinin Fövqəladə Hallar Departamentində Əməliyyat Qərargahı yaradılıb.
İlkin məlumata görə, avtobusdakı sərnişinlərin hamısı Qazaxıstan və Özbəkistan vətəndaşlarıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qazaxistanda-52-nefer-avtobusda-yanaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR