Atasından şok sözlər

Uels milli komandasının baş məşqçisi təyin edilən Rayan Giqqzin atası Danni Uilson indi dünyanın ən xoşbəxt adamlarından biri olmq əvəzinə oğlundan utanır. Fanat.Az xəbər verir ki, bunun səbəbi veteran futbolçunun 3 il əvvəl qardaşının arvadı ilə münasibətlərinin üzə çıxmasıdı.

2015-ci ildə qardaşı Rodri Giqqzin həyat yoldaşı Nataşa ilə münastbətləri üzə çıxan Rayan ailəsi tərəfindən rədd edilmişdi. İndi bütün ailə üzvləri ona nifrət edir.

Danni Uilson oğlunun ölkənin milli komandanın başına keçdiyi üçün normal şərtlərdə xoşbəxt olmalı olduğunu, amma utanc hissi keçirliyi bildirib. Rayanın bu vəzifəyə təyin olunmaq üçün həm texniki, həm də əxlaqi cəhətdən yetərsiz olduğunu deyən Uilson oğlunun indiyədən nə ondan, nə də qardaşından üzr istəmədiyini bildirib.

"Onun adını çəkmək istəmirəm. Ona keçmiş futbolçu kimi xitab edəcəm. Bir böyük qardaş olaraq kiçik qardaşını qorumalı idi. Amma o qardaşını kürəyindən bıçaqladı. Ən pis şəkildə qardaşını aldatdı. Üzr belə istəməyərək nə qədər zəif xarakterli olduğunu göstərdi. Əslində onun indiyədək qazandığı uğurlara görə dünyanın ən xoşbəxt atası olmalıyam. Amma qardaşına etdiklərinə görə utanıram. Onu hər dəfə televiziyada görəndə kanalı dəyişirəm. Bütün ailəmiz belə edir".

Rayan Giqqzin baş məşqçi postuna gətirilməsinə etiraz edənlərdən biri də bibisi olub. O, qardaşı oğlunu bu sözlərlə hədəfə alıb: "Uelsli futbolçular diqqət! Həyat yoldaşlarınızı evinizə qapadın"



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR