Azərbaycanda növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanda növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb
11:22 18 Yanvar 2018
401 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvar ayının 19-də hava şəraiti sabit keçəcək: "Yanvar ayının 19-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvar ayının 19-u axşam və 20-də bəzi yerlədə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir. Şaxta, soyuq davam edəcək".

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycanda-novbeti-2-gunde-musahide-olunacaq-hava-proqnozu-aciqlanib-18-01-18

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR