Azərbaycanın bəzi futbol klubları avrokuboklarda iştirakdan imtina edib

Azərbaycanın bəzi futbol klubları avrokuboklarda iştirakdan imtina edib
11:47 18 Yanvar 2018
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar 2018/2019 mövsümündə də yüksək dəstədə mübariz aparmaq üçün AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edib.
Bu barədə “Report”a qrupun rəhbəri Elçin Məmmədov məlumat verib. O, bildirib ki, Premyer Liqada mübarizə aparmaq üçün I Divizionda yarışan bir neçə klub da Lisenziyalaşdırma Qrupuna rəsmi müraciət ünvanlayıb: “Mövsüm başa çatmadığı üçün say açıqlaya bilmərik. Premyer Liqada çıxış edən bütün klublar növbəti mövsümdə elitada çıxış etmək üçün müraciət edib. Premyer Liqa üçün müraciət edənlər arasında bir neçə I Divizion təmsilçisi də var. Artıq ərizə qəbulu başa çatıb". 
Lakin Premyer Liqa klublarından heç də hamısı gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etməyib. E.Məmmədovun sözlərinə görə, qitəmiqyaslı yarışlarda iştirak istəyi ilə 8 klubdan bəziləri ərizə verib. Lakin o, ərizə verən və verməyən klubların adlarını açıqlamayıb.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8, I divizionda isə 10 klub çıxış edir. "Səbail" ölkə çempionatlarının müxtəlif liqalarında 3 mövsüm çıxış etmədiyi üçün 2018/2019-da avrokuboklara qatıla bilməz.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanin-bezi-futbol-klublari-avrokuboklarda-istirakdan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR