"Chatham House"un analitiki: "ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqları minimaldır"

"Chatham House"un analitiki: "ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqları minimaldır"
11:47 18 Yanvar 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Cənubi Qafqaz regionunda kompleks geosiyasi və investisiya risklərinə mənfi təsir göstərir. Müvafiq olaraq, regionun investorlar cəlb etmək üçün kifayət qədər əlverişli şəraiti, təbii ehtiyatları, sərfəli coğrafi mövqeyi olsa da, münaqişənin mövcudluğunu nəzərə alaraq, bütün bu imkanlar aradan qalxır, çünki onun gərginləşməsi riski var".
Bunu "Report"a Böyük Britaniya Kral Beynəlxalq Əlaqələr İnstitutunun Rusiya və Avrasiyanın tədqiqı proqramının analitiki Stanislav Pritçin deyib.
Onun sözlərinə görə, regional təhlükəsizlik baxımından Dağlıq Qarabağ münaqişəsi uzunmüddətlidir: "Münaqişə həm iqtisadi inkişaf, həm də siyasi sabitlik baxımından həyatın bütün sahələrinə mənfi təsir göstərir."
Analitik qeyd edib ki, Rusiya, prinsipcə elə digərləri üçün də, münaqişənin olmaması ideal olardı.
O bildirib ki, münaqişənin həll edilməməsi tərəflərin bir-birinə dərin inamsızlığı, həmçinin hər iki tərəfin,- bəzən şüurlu şəkildə olmaqla,- qarşı tərəfdən nizamlama üzrə yüksək gözləntilərinin olması ilə bağlıdır və bu, tərəflərin yaxınlaşmasına imkan vermir.


Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında unikaldır, belə ki, ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin - ABŞ, Fransa və Rusiyanın onunla bağlı mövqeyi üst-üstə düşür.
"Qərbin və ya Rusiyanın hər hansı tərəfdə dayandığını deyə bilmərik. Bu məsələ ilə bağlı Qərblə Rusiya arasında xarici ziddiyyətlər yoxdur. Bəli, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqları minimaldır, bu məsələ onlar üçün prioritet deyil. Hətta 2016-cı ilin aprel hadisələri də göstərdi ki, münaqişə vəziyyəti onlar üçün oyunçuların fəallaşması baxımından açardır. Əsas danışıqlar prosesini Rusiya təşkil edirdi, özü də ATƏT-in Minsk qrupunun həmsədri kimi yox", - "Chatham House"un analitiki hesab edir.



Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/chatham-house-un-analitiki-abs-ve-fransanin-dagliq-qarabag-munaqisesi-ile-bagli-maraqlari-minimaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR