ABŞ-ın analitik mərkəzi: Bu il Ermənistan üçün yeni iqtisadi problemlər qaçılmaz olacaq

ABŞ-ın analitik mərkəzi: Bu il Ermənistan üçün yeni iqtisadi problemlər qaçılmaz olacaq
11:52 18 Yanvar 2018
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ "Oliqarxiyanın mövcudluğu və Ermənistanın enerji resursları baxımından Rusiyadan asılılığı ümumilikdə Ermənistana xarici sərmayələrin cəlb edilməsini çətinləşdirir."
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Jamestown Foundation" analitik mərkəzi yazıb.
"Şübhə yoxdur ki, prezident Serj Sarqsyan və Ermənistanın Respublikaçılar Partiyası bu il planlaşdırıldığı kimi, parlament sisteminə keçidi başa çatdırdıqdan sonra ölkə qarşısında yeni iqtisadi problemlər qaçılmaz olacaq", - mərkəzin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Ermənistan hökuməti bu il Qərblə Rusiya arasında manevrləri davam etdirəcək və iqtisadiyyatın, sosial sahənin yaxşılaşdırılması istiqamətində praktiki olaraq heç bir addım atmadan genişmiqyaslı etiraz aksiyalarının qarşısını almağa çalışacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-in-analitik-merkezi-bu-il-ermenistan-ucun-yeni-iqtisadi-problemler-qacilmaz-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR