Ermənistan ordusunun əsgəri yaralanıb

Ermənistan ordusunun əsgəri güllə yarası alıb.

Noemberyan səhiyyə mərkəzinə gətirilən şəxsin 1987-ci il təvəllüdlü Adibek Mikoyan olduğu müəyyən edilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan bildirib ki, güllə yarası almış A. Mikoyan müddətdən artıq xidmət edən hərbi qulluqçudur. A. Mikoyan artıq Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hospitalına köçürülüb. Onun vəziyyəti stabil kimi qiymətləndirilir. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR