Ermənilər Rusiyada başqırd deputatı güllələdilər

Ermənilər Rusiyada bir deputatı güllələyiblər.

Hadisə Başqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib.

Məlumata görə, erməni icmasının təmsilçiləri Şəhər Sovetinin deputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputat müxtəlif dərəcədə bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən isə güllə yarası alıb.

İ.Şamsiyarov yerli “MediaKorSet” saytına açıqlamasında hadisənin necə baş verdiyini açıqlayıb: “Onlar bizim traktoru xarab eləmişdilər. Məsələyə aydınlıq gətirmək üçün mexaniklə birlikdə onların ofisinə getdik. Elə içəri girən kimi mənim başıma tapança dirədilər, mexaniki də avtomat silahın qundağı ilə vurdular. Məni əlimdən güllələdilər. Sonra bizi döyməyə başladırlar. Yaxşı ki, pnevmatik tapança idi”./Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR