Dünya başqa planetdən gələn gülərüz sehrbazla belə vidalaşdı - FOTO - VİDEO

Dünya başqa planetdən gələn gülərüz sehrbazla belə vidalaşdı - FOTO - VİDEO
12:48 18 Yanvar 2018
112 İdman
Ölkə mətbuatı
A- A+

Dünən futbol karyerasına son qoyan braziliyalı ulduz futbolçu Ronaldinyonu formasını geyindiyi klublar unutmayıb.

Publika.az xəbər verir ki, Çempionlar Liqası və Dünya Kubokunun sevinicini yaşayan, 2005-ci ildə “Qızıl Top” mükafatına layiq görülən ulduzun futbolu buraxması sosial mediada böyük əks-səda doğurub.

“Barselona” və “Milan” klubları, həmçinin, UEFA-nın, İspaniya La Liqasının rəsmi saytından ulduz futbolçuya vida mesajları göndərilib.

BARSELONA – “Kamp-Nou”nun gülümsəyən sehrbazı

“Barselona” klubu Ronaldinyonun fotosunu payıaşaraq ““Kamp-Nou”nun gülümsəyən sehrbazı, hər şey üçün təşəkkürlər” qeydini yazıb. Daha sonra Ronaldinyonun 2005-2006 mövsümündə “Real”la keçirilən matçda vurduğu qolun görüntülərini paylaşıb.

MİLAN – “Günün adamından günün qolu”

“Milan” klubu isə “Günün adamından günün qolu” başlığı ilə keçmiş futbolçusunun “İnter”lə keçirilən oyunda vurduğu qolun videosunu izləyicilərlə bölüşüb.

UEFA ÇEMPİONLAR LİQASI – “Fərqli bir planetdən”

UEFA Ronaldinyonun fotosunu paylaşaraq “Fərqli bir planetdən” sözləri ilə əfsanəyə vida edib.

LA LİQA – “Təşəkkürlər”

İspaniya La Liqasının rəsmi internet saytından “Təşəkkürlər, Ronaldinyo” başlığı ilə ulduz futbolçunun fotosu paylaşılıb və daha sonra silsilə şəklində “gülüş, sehr, eşq, futbol, çempion, tarixi, şənlik, sevinc, geridönüş, qışqırıq, Çin, üstünlük, möhtəşəm, özəl, parlaq, bənzərsiz, “Kamp-Nou”, “Barselona”, “Qızıl Top”, əfsanə” qeydləri yazılıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR