Qadın qohumuna zor tətbiq edib telefonunu aldı

Qadın qohumuna zor tətbiq edib telefonunu aldı
12:54 18 Yanvar 2018
51 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 17-də Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini olan qadın yanvarın 8-də mobil telefonunun oğurlandığını bildirib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxri Ellazgil olması, həmin gün qohumu olan digər bir qadına qarşı da zor tətbiq edərək mobil telefonunu alması, həmçinin onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR