"Erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəşlə yaralanması yalandır" - RƏSMİ

"Erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəşlə yaralanması yalandır" - RƏSMİ
13:09 18 Yanvar 2018
46 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar yalandır.

 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir: “Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.

 

Qeyd edək ki, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu 1987-ci il təvəllüdlü Adibek Mikoyan güllə yarası alıb.

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan A. Mikoyanın Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralandığını bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR