"Azərenerji"nin ixracı AZAL-ın göstəricisini 29 dəfə üstələyib

"Azərenerji"nin ixracı AZAL-ın göstəricisini 29 dəfə üstələyib
13:12 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərinin siyahısı açıqlanıb. “Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2018-ci ilin yanvar buraxılışında qeyd edilib.
Məlumata görə, ilk onluqda “Azerbaijan International Mining Co." şirkətinin Azərbaycan nümayəndəliyi (83,4 mln. dollar), “Baku Steel Company” MMC (60 mln. dollar), "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (40,2 mln. dollar), “Sun Food” MMC (28,5 mln. dollar), “MKT İstehsalat Kommersiya” MMC (27,8 mln. dollar), "Aqrodoctor" MMC (26,1 mln. dollar), "VN Food Export Import Company" MMC (23,8 mln. dollar), "Azagroexport 2017" MMC ( 23,3 mln. dollar), “Food Export Shamkir” MMC (20,2 mln. dollar) və “Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd.” MMC (19,6 mln. dollar) təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsi (155 mln. dollar), “Det-al Aluminium” MMC (103,5 mln. dollar), “Azergold” QSC (77,3 mln. dollar), “Azərenerji” ASC (50 mln. dollar), “SOCAR Methanol” MMC (43 mln. dollar), “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC (32,3 mln. dollar), SOCAR-ın Geofizika və Geologiya İdarəsi (3,7 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (1,7 mln. dollar), Naxçıvan MR Dövlət Energetika Xidməti (1,2 mln. dollar) və “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC (0,76 mln. dollar) təmsil olunub.
“İxrac icmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, “Azərkosmos” ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac edir. 2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərininin ("Azerspace-1") ixracından 14 mln. dollar, optik peyk xidmətlərinin ("Azersky") ixracından isə 9 mln. dollar gəlir əldə edib. Ümumilikdə, “Azərkosmos” ASC tərəfindən 2017-ci ildə 23 mln. dollar dəyərindən xidmət ixracı həyata keçirilib.
“İxrac icmalı”na əsasən, 2017-ci il ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2017-ci il ərzində "Azexport.az" portalına dünyanın 74 ölkəsindən 475 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub. "Azexport.az" portalına 2017-ci ilin dekabrında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,4 mln. dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerenerji-nin-ixraci-azal-in-gostericisini-29-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR