"Report": Postsovet ölkələrində dolların məzənnəsi ötən il fərqli dinamika nümayiş edib

"Report": Postsovet ölkələrində dolların məzənnəsi ötən il fərqli dinamika nümayiş edib
13:27 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Valyuta məzənnəsinin inzibati yolla idarə edilməsi rejimindən "üzən" məzənnə rejiminə keçid postsovet ölkələrinin milli valyutalarının 2017-ci ildə müxtəlif istiqamətdə dəyişiklik göstərməsinə səbəb olub. 
"Report"un hazırladığı cədvəldə 12 postsovet ölkəsində 2017-ci ildə ABŞ dollarının məzənnəsinin dinamikası əks olunub:

Valyuta ABŞ dollarının məzənnəsi
(31.12.2016) ABŞ dollarının məzənnəsi
(31.12.2017) İllik fərq,% 1 Moldova leyi 19,9814 17,1002 -14,42 2 Rusiya rublu 60,6569 57,6002 -5,04 3 Azərbaycan manatı 1,7707 1,7001 -3,99 4 Gürcüstan larisi 2,6468 2,5922 -2,06 5 Qırğızıstan somu 69,2301 68,8395 -0,56 6 Qazaxıstan tengesi 333,29 332,33 -0,29 7 Türkmənistan manatı 3,5 3,5 0 8 Ermənistan dramı 483,94 484,1 0,03 9 Belarus rublu 1,9585 1,9727 0,73 10 Ukrayna qrivnası 27,1909 28,0672 3,22 11 Tacikistan somonisi 7,8762 8,819 11,97 12 Özbəkistan sumu 3 231,48 8 120,07 151,28

Dolların 2017-ci ildə ən çox ucuzlaşdığı Moldovada buna səbəb kimi ölkənin Avropa İttifaqı (Aİ) ilə ticarət əlaqələrinin yüksək olmasını və perspektivdə Aİ-yə üzv olması ehtimalları göstərilir. 
Rusiya və Azərbaycanda dolların məzənnəsində azalmanı neft-qaz qiymətlərinin artması ilə izah etmək olar. 
Gürcüstanda dollar ölkənin turizm gəlirləri və ixracın artması hesabına və qlobal iqtisadi konyunkturun müsbət olması hesabına ucuzlaşıb. 
Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Ermənistan və Belarusda dolların məzənnəsində dəyişiklik 1%-dən az olub. Neft hasilatını kəskin artıran Qazaxıstanda dolların məzənnəsinin azalmaması diqqət çəkən məqamdır. 
Ukrayna, Tacikistan və Özbəkistanda isə iqtisadi amillərlə yanaşı, siyasi amillərin dolların məzənnəsinin artmasına təsirinin yüksək olduğunu qeyd etmək olar.
"Report"un analitik qrupu 2018-ci ildə qlobal iqtisadi artım ehtimallarının yüksək olması və enerji daşıyıcılarının qiymətinin artmasına baxmayaraq iqtisadi menecmentin zəif olduğu bir çox MDB ölkəsində dolların məzənnəsinin daha çox azalacağını proqnozlaşdırmır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/report-postsovet-olkelerinde-dollarin-mezennesi-oten-il-ferqli-dinamika-numayis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR