“Bank VTB (Azerbaijan)” pulköçürmə şərtlərini yeniləyib

“Bank VTB (Azerbaijan)” pulköçürmə şərtlərini yeniləyib
13:37 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC internet bankçılıq və mobil əlavə vasitəsilə bankın kartları arasında pul köçürmələrinin şərtlərini yeniləyib.
“Report”un banka istinadən verdiyi xəbərə görə, indi bankın kartları arasında onlayn köçürmələr komissiyasız həyata keçirilə bilər. Bunun üçün müştəriyə “VTB Online” internet bankda və ya “VTB Mobile” mobil əlavədə “Card-to-Card” funksiyasından istifadə etmək tələb olunur. Köçürməni reallaşdırmaq üçün vəsaiti alan şəxsin kart nömrəsini göstərmək kifayətdir.
Bir kartdan digərinə köçürülən vəsait dərhal pul alan şəxsə köçürülür.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-azerbaijan-pulkocurme-sertlerini-yenileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR