Tramp "Yalan Xəbər Mükafatı”nın laureatlarını açıqladı

Tramp "Yalan Xəbər Mükafatı”nın laureatlarını açıqladı
14:23 18 Yanvar 2018
50 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp tvitter səhifəsindən daha əvvəl elanını verdiyi “Yalan Xəbər Mükafatı”nın (Fake News Awards) laureatlarını açıqlayıb.

Publika.az xəbər verir ki, laureatların siyahısı Respublikaçılar Partiyasının internet səhifəsində yayımlanıb.

Başda “CNN” və “New York Times” olmaqla, ABŞ-ın 11 media orqanı siyahının ilk pillələrində yer alıb. “CNN” 4, “New York Times” 2, “Washington Post” və “Time” yayımladığı 1 xəbərə görə bu mükafata layiq görülüb.

ABŞ prezidenti mükafat haqda “çox təhrif edilmiş və dürüst olmayan xəbərlərlə yanaşı, hörmət etdiyim çox sayda jurnalist və Amerika xalqının qürur duya biləcəyi yaxşı xəbərlər var: İŞİD geri çəkilir, iqtisadiyyatımız genişlənir, sərmayələr və işlər ölkəyə geri qayıdır və s. Tərəfkeş mediaya rəğmən, belə xəbərlərlə öhdəsindən gəlməyəcəyimiz bir şey yoxdur. ABŞ-ı yenidən gücləndiririk” ifadələrini işlədib.

Siyahının ilk pilləsində D.Trampın prezident olduğu gecə “New York Times”da gedən “tarixi və alçaq zəfəri səbəbilə iqtisadiyyat bir daha özünə gələ bilməyəcək” başlıqlı xəbər yer alıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR