Ukrayna Radası Donbass və Luqanskın işğalına dair qanun qəbul edib

Ukrayna Radası Donbass və Luqanskın işğalına dair qanun qəbul edib
14:32 18 Yanvar 2018
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Ukrayna Ali Radası "Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında" qanunu yeni düzəlişdən sonra qəbul edib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, qərarın lehinə 280 deputat səs verib.
Xatırladaq ki, 2017-ci il oktyabrın 6-da Ali Rada ilk oxunuşda prezident tərəfindən təqdim olunmuş "Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında" qanun layihəsini qəbul edib.
Parlament 2018-ci il yanvarın 16-da ikinci oxunuşda qanun layihəsinin müzakirəsinə başlayıb. Ümumilikdə 673 dəyişiklik nəzərdən keçirilib.
Qeyd edək ki, Ali Radada bu qanunun müzakirəsi dəfələrlə Ukraynanın parlament binası yaxınlığında iğtişaşlara və etiraz aksiyalarına səbəb olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ukrayna-radasi-donbass-ve-luqanskin-isgalina-dair-qanun-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR