"Barselona" Xerard Pike ilə müqavilə müddətini uzadıb

"Barselona" Xerard Pike ilə müqavilə müddətini uzadıb
14:37 18 Yanvar 2018
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ İspaniya "Barselona"sının futbolçusu Xerard Pike klubla müqavilə müddətini uzadıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni anlaşma 30 iyun 2022-ci ilədək nəzərdə tutulub. Bu müddətdə Pikeni almaq istəyən klub 500 milyon avrosundan keçməlidir. Təzə sözləşmə ilə əlaqədar tezliklə ənənəvi mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Xerard Pike "Barselona"nın yetirməsi olsa da, 2004-cü ildə İngiltərə "Mançester Yunayted"inə keçib. Bundan 4 il sonra isə o, Kataloniya komandasına qayıdıb və bir daha kollektivi tərk etməyib. 30 yaşlı müdafiəçi "Barsa"da 421 oyunda 36 qol, 8 məhsuldar ötürmə müəllifi olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-xerard-pike-ile-muqavile-muddetini-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR