Kiyev Rusiyanın Donbasdan çıxarılması üçün qanun qəbul etdi

Kiyev Rusiyanın Donbasdan çıxarılması üçün qanun qəbul etdi
14:53 18 Yanvar 2018
85 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunu qəbul edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, sənədi Ali Radanın 280 üzvü dəstəkləyib.

Qanunda Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi göstərilib.

Prezidentin parlamentdəki nümayəndəsi İrina Lusenkonun sözlərinə görə, qanunda Krımla bağlı əsas müddəalar da yer alıb.

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu təsdiq edib. O, qanunu “Krım üçün siqnal” adlandırıb.

“Biz işğal edilmiş Ukrayna torpaqlarının reinteqrasiyası üçün siyasi-diplomatik yolla hərəkət etməyə davam edəcəyik... Bu, Donbas və Krım üçün siqnaldır: onlar Ukraynanın ayrılmaz hissəsidir”, - Poroşenko Tvitter səhifəsində yazıb.

Qanunu Donbasda yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun başçısı Aleksandr Zaxarçenko da şərh edib.

“Poroşenko bildirdi ki, qanun Ukraynaya Donbası daha sürətlə qaytarmağa imkan verəcək. Onun nöqteyi-nəzərindən, bu qanun Ukrayna hərbçilərinə əl-qolunu açmağa və hərbi vəziyyəti tətbiq etməyə kömək edəcək. Təəssüf ki, bu, Minsk razılaşmalarını tamamilə pozur”, - Zaxarçenko “RİA-Novosti” agentliyinə bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişənin dinc yollar həllini istəmədiyini və vuruşmağa hazırlaşdığını göstərir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR