Aleksis Sançes “Mançester Yunayted”lə şəxsi müqaviləsini razılaşdırıb

Aleksis Sançes “Mançester Yunayted”lə şəxsi müqaviləsini razılaşdırıb
15:07 18 Yanvar 2018
106 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubunun futbolçusu Aleksis Sançes “Mançester Yunayted”lə şəxsi müqaviləsini razılaşdırıb.
“Report” “The Telegraph”a istinadən xəbər verir ki, 30 yaşlı forvard “qırmızı şeytanlar”la 4,5 illik müqavilə bağlayacaq. Çilili hücumçunun illik maaşı 14 milyon funt sterlinq təşkil edəcək. Həmçinin “Mançester Yunayted” Sançesə 20 milyon funt sterlinq bonus, agentinə isə 10 milyon funt sterlinq mükafat verəcək.
Çili hücumçunun “Mançester Yunayted”in yarımmüdafiəçisi Henrix Mxitaryanla dəyişdiriləcəyi bildirilir. Keçidin ermənistanlı futbolçunun “Arsenal”la şəxsi müqaviləsini razılaşdırdıqdan sonra rəsmiləşəcəyi gözlənilir.
Londonluların baş məşqçisi Arsen Venger də bu iki futbolçunun dəyişdirlməsinə müsbət yanaşdığını açıqlayıb.
Qeyd edək ki, Aleksis Sançes “Arsenal”a 2014-cü ilin iyulunda İspaniya “Barselona”sından 35 milyon funt sterlinq qarşılığında transfer olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/aleksis-sances-mancester-yunayted-le-sexsi-muqavilesini-razilasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR