Serj Sarqsyan hakim partiyadan prezidentliyə namizədin adını yanvarın 28-də açıqlayacaq

Serj Sarqsyan hakim partiyadan prezidentliyə namizədin adını yanvarın 28-də açıqlayacaq
15:27 18 Yanvar 2018
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistanın hakim Respublikaçı Partiyası prezident seçkilərində iştirak edəcək namizədinin adını yanvarın 28-də açıqlayacaq.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
"Prezidentliyə namizədin adı yanvarın 28-də - Ermənistan Silahlı Qüvvələri günündə elan ediləcək. S.Sarqsyan namizədin adını şəxsən elan edəcək", - Ermənistanın "Qraparak" nəşri mənbələrinə istinadən yazıb.
Xatırladaq ki, S.Sarqsyanın səlahiyyətləri aprelin 9-da başa çatacaq. Yeni konstitusiyaya əsasən, Ermənistanın yeni prezidenti parlament tərəfindən seçiləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/serj-sarqsyan-hakim-partiyadan-prezidentliye-namizedin-adini-yanvarin-28-de-aciqlayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR