"Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib

"Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib
15:37 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində "Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, nəşr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyevlə Vaqif Əliyev, xalq artisti Fərhad Bədəlbəyli, bir sıra rəsmilər və incəsənət nümayəndələri iştirak ediblər.
Nazir qeyd edib ki, kitabda hər zaman ictimaiyyəti narahat edən Qarabağ mövzusuna toxunulub: "Qarabağ daim Azərbaycan xalqının ürəyində yaşayacaq bir torpaqdır. Hərbi təcavüzlə yanaşı, Ermənistan tərəfindən Azərbaycana mənəvi təcavüz də davam edir. Bunun qarşısını almaq üçün biz hər zaman öz tariximizə hörmətlə yanaşmalıyıq. Təqdim olunan kitab elə bu məqsədi daşıyır".
Kitabda tanınmış qarabağlılar, incəsənət xadimləri haqqında məlumatlarla yanaşı, dünya muzeylərində saxlanılan eksponatlar və Qarabağa aid bugünkü şəkillər də yer alıb.
Layihənin rəhbəri Musa Mərcanlı, elmi məsləhətçisi tarix elmləri doktoru Qasım Hacıyev, taix elmləri namizədi Səbuhi Əhmədovdur. Kitab ingilis, rus və azərbaycan dillərində təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.













Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/qarabag-esrlerin-salnamesi-kitabinin-teqdimat-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR