Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başa çatıb, protokol imzalanıb

Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başa çatıb, protokol imzalanıb
16:02 18 Yanvar 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun Bakıda keçirilən 8-ci görüşü başa çatıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Görüşün nəticələrinə əsasən, protokol imzalanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/herbi-emekdasliq-uzre-azerbaycan-pakistan-isci-qrupunun-iclasi-basa-catib-protokol-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR