Prezident azərbaycanlı aparıcıya verdiyi sözü yerinə yetirdi

Prezident azərbaycanlı aparıcıya verdiyi sözü yerinə yetirdi
16:03 18 Yanvar 2018
143 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın NTV telekanalının əslən azərbaycanlı aparıcısı İradə Zeynalova Moldova prezidenti İqor Dodonun dəvəti ilə yenidən Moldovaya gəlib.

Publika.az xəbər verir ki, bu haqda telekanalın mətbuat xidmətindən “RİA-Novosti” agentliyinə bildiriblər.

Aparıcı Moldova prezidentindən müsahibə alacaq.

Xatırladaq ki, dünən İradə Zeynalovanın Moldovaya girişinə icazə verilməyib. Moldovanın sərhəd polisinin mətbuat xidmətindən verilən məlumata görə, aparıcı rəsmi şəxslərlə görüşlərinin planlaşdırıldığını deyib, amma bunu təsdiq edən sənədi təqdim edə bilməyib.

Zeynalova ən yaxın Kişnyov-Moskva reysi ilə Rusiyaya göndərilib.

Hadisəyə reaksiya verən rusmeylli prezident İqor Dodon bildirib ki, belə addımlar Rusiya ilə səmərəli dialoqa və əməkdaşlığın yenilənməsinə kömək etməyəcək.

Daha sonra dövlət başçısı Zeynalovu müsahibə vermək üçün Moldovaya dəvət edəcəyini söz verib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR