Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
16:22 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizlərini sabit saxlayıb.
"Report" xəbər verir ki, bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) sabit saxlanılıb. 
Qeyd edək ki, əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı və yuxarı hədlərini 7,25% və 9,25%-də sabit saxlayıb, GLP-ni isə 0,5 faiz bəndi artıraraq 12,75%-ə çatdırıb.
TCMB yüksək inflyasiyanın yaratdığı makroiqtisadi risklər fonunda sərt monetar siyasəti davam etdirmək niyyətindədir.
TCMB-nin qərarı Türkiyədə dolların məzənnəsinin 3,79 lirə səviyyəsində sabit qalaraq önəmli dəyişiklik göstərməməsinə səbəb olub.
"Report"un analitik qrupu dolların Türkiyədə 3,65 lirəyə qədər ucuzlaşa biləcəyini, lakin geosiyasi risklər səbəbindən perspektivdə 4,00 TRY/USD səviyyəsini keçəcəyini ehtimal edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiye-merkezi-banki-ucot-derecesini-sabit-saxlayib123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR