Türkiyə təyyarələri vurulacaq - Dəməşqdən TƏHDİD

Türkiyə təyyarələri vurulacaq - Dəməşqdən TƏHDİD
17:08 18 Yanvar 2018
146 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyənin Afrində həyata keçirəcəyi hər hansı hərbi əməliyyat Suriyaya hücum kimi qiymətləndiriləcək”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriyanın xarici işlər nazirinin müavini Faysal Mikdad bildirib.

O qeyd edib ki, Türkiyənin döyüş təyyarələri Suriyaya müdaxilə edəcəyi halda, ölkənin hava hücumundan müdafiə sistemləri onları vurmağa hazır olacaq.

Qeyd edək ki, Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirməyə planlaşdırdığı əməliyyata hazırlıq davam edir.

Ruslar geri çəkilir – Türk tankları 12 nöqtədən HÜCUMA KEÇİR

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR