"Kəpəz" Antalyaya təlim-məşq toplanışına yollanıb

"Kəpəz" Antalyaya təlim-məşq toplanışına yollanıb
17:22 18 Yanvar 2018
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ “Kəpəz” futbol komandası Azərbaycan Premyer Liqasındakı qış fasiləsi dövründə hazırlığın Bakı mərhələsini başa vuraraq Türkiyəyə yollanıb. 
"Report"un məlumatına görə, Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq. “Kəpəz” qonşu ölkədə taktiki və texniki çalışmalar üzərində işləməklə yanaşı, yoxlama oyunları da keçirəcək. Komanda Rumıniya (22 yanvar - “Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - “Daejeon Sitizen”), Polşa (28 yanvar - “Yagelloniya”) və Serbiya (31 yanvar - “Spartak” Subotiça) klubları ilə qarşılaşacaq. Antalya toplanışı fevralın 2-də yekunlaşacaq. 
Qeyd edək ki, "Kəpəz"dən əvvəl Azərbaycan Premyer Liqasındakı klublardan "Qəbələ", "Qarabağ" və "Neftçi" də qonşu ölkəyə yollanıb. Həftəsonunadək "Sumqayıt", "Səbail", "Keşlə" və "Zirə" də Bakını tərk edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-antalyaya-telim-mesq-toplanisina-yollanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR