Azərbaycanda ötən il 62 xarici müəssisə və təşkilat ləğv olunub

Azərbaycanda ötən il 62 xarici müəssisə və təşkilat ləğv olunub
17:42 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı illik müqayisədə 4,4% artaraq 2018-ci il yanvarın 1-nə 1 635 vahidə çatıb.
“Report”un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, ötən il ərzində bu fəaliyyətlə bağlı 86 müəssisə və təşkilat yaradılıb, 23-ü isə ləğv olunub.
Müəssisə və təşkilatların 96%-ni və ya 1 570 vahidini kommersiya təşkilatları əhatə edib.
Qeyd edək ki, 2017-ci il ərzində, ümumilikdə, ölkədəki müəssisə və təşkilatların sayı 10,5% artaraq 2018-ci il yanvarın 1-i vəziyyətinə 118 594 vahid olub.
Artım iqtisadiyyatın “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə”, “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olub.
Hesabat ilində Azərbaycanda 100% xarici investisiyalı 786 müəssisə və təşkilat yaradılıb, 62-si ləğv olunub. 2018-ci il yanvarın 1-nə xarici müəssisələrin sayı 7 014 vahid təşkil edib. Bundan başqa, hesabat ilində 190 birgə müəssisə yaradılıb, 13 birgə müəssisə isə ləğv olunub. Beləliklə, 2018-ci ilin əvvəlinə birgə müəssəslərin sayı 2 165 vahidə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-oten-il-62-xarici-muessise-ve-teskilat-legv-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR